“Qarabağ”ın rəqibi Marselonu transfer etdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u “Real”ın sabiq müdafiəçisi Marselonu transfer edib.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, 34 yaşlı Marselo 15 ildən çox “Real”da çıxış edib. Bu müddət ərzində o, 544 matçda iştirak edib, 37 qol vurub və 103 qolun ötürməsini verib. Braziliyalı müdafiəçi Madrid təmsilçisi ilə 25 kubok, o cümlədən 5 Çempionlar Liqası kubokunu qazanıb.


Share: