“Qarabağ”ın rəqibi Marselonu belə təqdim etdi — Video

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u yeni transferi Marselonu ictimaiyyətə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, 34 yaşlı braziliyalı futbolçu stadionunun böyük hissəsini doldurmuş azarkeşlərlə görüşüb.

Marselonun ailəsi də “Karaiskakis” stadionunda olub. “Real”dan gələn müdafiəçi Pirey klubunda 12 nömrəli formanı geyinəcək

Braziliya millisinin sabiq üzvü “Olimpiakos”la 1+1 illik müqaviləyə qol çəkib.

“Qarabağ”la “Olimpiakos”la oktyabrın 6-da Yunanıstanda, 13-də isə Bakıda qarşılaşacaq.

Share: