“Qarabağ”ın oyununda ölənlərin xatirəsi yad edildi – Foto

Ötən gün Narkoloji Dispanserində baş verən yanğın zamanı faciəvi şəkildə dünyasını dəyişənlərin xatirəsi “Sumqayıt”- “Qarabağ” matçından öncə 1 dəqiqəlik sükutla yad edilib.

Müstəqil.Az xəbər verir ki, bu barədə məlumatı “Qarabağ”ın rəsmi Feysbuk səhifəsi yayıb.

Qeyd edək ki, martın 2-də, saat 06:10-da Bakının Xətai rayonu ərazisindəki Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Nəticədə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 08:30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb. Yanğının binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verdiyi ehtimal olunub.

Nərmin

Share: