Qarabağın azad edilməsi ilə mühüm fürsət yaranıb – Ərdoğan

Biz yaxın ətrafamızda sülh və sabitlik zonasının formalaşmasına töhfə verəcək hər cür normallaşma addımlarını dəstəkləyirik.

Müstəqil.Az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz Şərqi Aralıq dənizi və Kiprdə sabitliyə üstünlük veririk. İnanırıq ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgəmizdə sülh adına mühüm fürsət yaranıb. Biz qonşumuz Ermənistanla normallaşma prosesimizi səmimiyyətlə davam etdiririk”, – Ərdoğan qeyd edib.

Müstəqil.Az

Share: