Qarabağda 101-ci “Bakcell” baza stansiyası quraşdırıldı

“Bakcell” şirkəti Qarabağda özünün 101-ci baza stansiyasını uğurla istifadəyə verib. 

Müstəqil.az xəbər verir ki, bununla da şirkət ilin əvvəlində qarşıya qoyulan plana uyğun olaraq 2022-ci ildə işğaldan azad olunmuş ərazilərdə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırıb.

2022-ci ildə “Bakcell” şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.

“Bakcell” işğaldan azad edilmiş ərazilərimizin bərpası və zəruri infrastrukturun yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdə fəal iştirakını davam etdirəcək.

Share: