“Qarabağ”a layiq inamlı insanlar gördük” — Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Sürix”ə qarşı (2:2) keçirdikləri matçdan danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, matçın çətin və gözlədikləri kimi keçdiyini bildirib:

“Futbolçularımızı bağrıma basıram. Hər birini təbrik edirəm. Bu gün təkcə oyun yox, yaxşı bir mübarizə gördük. “Qarabağ”a layiq inamlı insanlar gördük . Meydanda güclü bir komanda var idi. Mən öz futbolçularımı “döyüşçü” adlandırıram. Oyunun əvvəlindən taktiki savaş getdi, get-gedə bu “döyüşə” çevrildi. Hər bir halda futbolçularım buna layiq idilər. Hər şey bizim xeyrimizə oldu. Mən əvvəl də qeyd etdiyim kimi bizə uyğun olmayan bir rəqibə qarşı oynayırıq. Bu gün də bunun şahidi olduq. Əgər top daha çox havada olursa, bizim üçün bu o qədər də xoş deyil. Buna baxmayaraq futbolçularım bunu bacardı. Bütün “Qarabağ”lıları , azərbaycanlıları təbrik edirəm. “Sürix” komandasına da gələcək oyunlarında uğurlar arzulayıram”.


Share: