“Qarabağ” UEFA-dakı reytinqimizi dəyişdimi? – Siyahı açıqlandı

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Publika.az xəbər verir ki, keçirilən matçlardan sonra Azərbaycanın mövqeyi dəyişməz qalıb.

Avrokuboklarda yeganə təmsilçimiz “Qarabağ”ın BATE-yə 1:0 hesabı ilə uduzmasından sonra xal ehtiyatımız artmayıb. 18.125 xalı olan ölkəmiz 23-cü sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 18.650 xalı var.

Share: