“Qarabağ” Rəşad Sadıqovun yerinə yəhudi futbolçu alır

Futbol üzrə Azərbaycan çempionatının hazırkı lideri “Qarabağ” İsrailin “Hapoel” (Hayfa) klubunun futbolçusu Nissim Kapilotonu transfer edə bilər.

Müstəqil.Az xəbər verir ki, bu barədə məlumatı İsrail mətbuatı yayıb.

Xəbərdə deyilir ki, mövsümün sonunda azad agent statusu qazanacaq müdafiəçinin transfer edilməsi üçün Ağdam klubu artıq hərəkətə keçib. Hətta tərəflər arasında ilkin danışığın da olduğu qeyd edilir.

Qeyd edək ki, 28 yaşlı mərkəz müdafiəçisi olan Nissim Kapiloto əvvəllər Kipr və İsveçrə çempionatında legioner həyatı yaşayıb.

O, cari mövsüm “Hapoel”də 26 oyun keçirib. Onun cari mövsümün sonunda karyerasını bitirəcəyi gözlənilən Rəşad Sadıqovun yerinə transfer edilməsi gözlənilir.

Share: