“Qarabağ” “Qəbələ”yə qalib gəldi

Topaz Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.

Müstəqil.Az xəbər verir ki, “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub.

Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində “Qarabağ” xallarını 51-ə çatdırıb və “Neftçi” ilə yenidən şərikli lider olub. “Qəbələ” isə 30 xalla 4-cü pillədə qalıb.

Share: