“Qarabağ” pley-offda Mahir Emrelinin komandası ilə qarşılaşa bilər

UEFA Çempionlar Liqasında Macarıstanın “Ferençvaroş” klubu ilə qarşılaşacaq “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu qələbə qazanarsa, aşağıdakı komandalarla qarşılaşa bilər:

“Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi,

“Kopenhagen” (Danimarka),

“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi.

Qeyd edək ki, 3-cü mərhələdə “Ludoqorets”lə oynayacaq Zaqreb “Dinamo”sunun heyətində “Qarabağ”ın sabiq futbolçusu Mahir Emreli çıxış edir.


Share: