“Qarabağ müharibəsinin ilk qalib generalı”nın anası ziyarət olundu

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin layihəsi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına şəhid olmuş General Polad Həşimovun xatirəsinə həsr oedilmiş “Qarabağ müharibəsinin ilk qalib generalı” kitabı şəhid generalın anasına təqdim olunub. Kitab “Elm və Təhsil” nəşriyyatında çap edilib.
“Qarabağ müharibəsinin ilk qalib generalı”nın anası ziyarət olundu

Müstəqil.Az bildiri ki, bu haqda Qaynarinfo-ya “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəyli məlumat verib.
O bildirib ki, şəhid generalın evini ziyarət edənlər – DSD İB-nin sədr müavini, veteran dənizçi, şair-bəstəçi Hüseyn Sözlü, AYB üzvü, şair Səidə Asiman, tanınmış telejurnalist, AZTV-nin əməkdaşı, şəhid generalın qonşusu Seymur Şahzadə və sumqayıtlı şair Lilpar Cəmşidqızı qəhrəmanımızın anası Səmayə xanım, bacısı Kəmalə, qardaşı İlham bəylə görüşüb qəhrəmanımızı yad ediblər.
Azərbaycan yazarları arasında DSD İB yi tərəfindən keçirilən müsabiqənin yekunlaşması, qaliblərin mükafatlandırılması və müsabiqəyə təqdim olunan, eləcə də dövrü mətbuatda generalımıza həsr olunaraq dərc edilən əsərlər toplusunu kitab halında nəşr edilməsi haqda da F.Balabəyli şəhid generalın doğmalarını məlumatlandırıb.
Şəhid generalın anası Səmayə xanım Azərbaycan xalqının öz qəhrəman balasını unutmaması, ayr-ayrı insanların, xüsusi ilə də gənclərin, tələbələrin, müəllimlərin, ictimaiyyət nümayəndələrinin hər gün gəlib ananı ziyarət etməsindən bəhs edib. Poladın uşaqlıq vaxtından ta general rütbəsi alana qədər keçdiyi hərbi həyat yolu haqda bildiklərindən söz açıb, Poaladla bağlı şirin xatirələrini danışıb.
Share: