“Qarabağ” hesabı açdı — Yenilənir

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, H qrupunda yer alan Ağdam təmsilçisi səfərdə İsveçin “Hakken” komandası ilə qarşılaşacaq.

“Hakken” ilk turda Almaniya nəhəngi “Bayer”ə 0:4 hesabıyla uduzub. “Qarabağ” isə Norveçin “Molde” komandasına Bakıda 1:0 hesabıyla qalib gəlib. Bu gün qrupun digər matçında “Bayer” “Molde”nin qonağı olacaq.

Avropa Liqası H qrupu 5 oktyabr 23:00.

“Hakken” – “Qarabağ”

Baş hakim: Sebastyan Qişamer (Avstriya).

Göteborq, “Ullevi” stadionu.

***

Matç başladı.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

“Qarabağ” “Hakken”lə matçda hesabı açdı. Juninyo 70-ci dəqiqədə fərqlənir – 0:1.


Share: