“Qara pişik ağ şanı” sənədli filmi mükafata layiq görüldü

“Qara pişik ağ şanı” sənədli filmi “Chinar film”in proyekti olaraq “CineDOC” Tbilisi beynəlxalq sənədli film festivalının mentorluq proqramında “Current Time TV”nin mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, bu proqramın əsas məqsədi sonda hər bir layihəni beynəlxalq jüri qarşısına çıxarmaq.

Filmdə özünün keçmiş səhvlərindən xilas olmaq üçün Bakı ətrafında yerləşən bağ evinə köçən Füruzənin və nəvəsi Ələmdarın hekayəsindən bəhs olunur. Burada Füruzə şəxsi üzüm bağında üzümçülüklə məşğul olur və həyətə gələn qara pişiyi bəsləyir. Bir gün ordudan yeni qayıtmış nəvəsi Ələmdar ona baş çəkir və hər ikisi keçmiş ailə səhvləri ilə üzləşirlər. Filmin prodüseri Türkan Hüseyn, rejissoru Ələmdar Faiqdir.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı da bu layihəyə kiçik maliyyə dəstəyi ayırıb.

AZƏRTAC

Share: