“Qara Pantera”nın yeni treylerində Dəmir Adamın varisi ortaya çıxdı – VİDEO

“Marvel” kinostudiyası “Black Panther: Wakanda Forever” filminin tammetrajlı treylerini yayımlayıb.

Video kinostudiyanın “YouTube” səhifəsində yerləşdirilib.

Videoda əvvəlcə filmin yeni personajları göstərilib. Onların arasında Dəmir Adamın varisi – “Dəmirürək” ləqəbli Riri Uilyams da var. Qəhrəmanı Dominika Torn ifa edib. Ounla yanaşı Qara Pantera kimi geyinmiş sirli personaj da nümayiş etdirilib.

Qeyd edək ki, filmin premyerası 11 noyabr 2022-ci ildə baş tutacaq.

Share: