Qapıçı “qırmızı” aldı, hücumçu qapıya keçdi — Dramatik matç+Video

İtaliya A seriyasının 8-ci turu çərçivəsində keçirilən “Cenoa” – “Milan” matçında dramatik anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, matçın 90+7-ci dəqiqəsində qonaqların qapıçısı Mike Maiqnan qırmızı vərəqə alıb. Bu zaman əvəzetmə limiti başa çatdığı üçün qapıya “Milan”ın hücumçusu Olivie Jiru keçib.

O, matçın davamında komandasını qoldan xilas etməyi də bacarıb.

Qarşılaşmanın 90+12-ci dəqiqəsində isə meydan sahiblərinin qapıçısı Martinez qırmızı vərəqə alıb. Onu isə ehtiyatda olan digər qapıçısı Nikola Leali əvəzləyib.

Matç “Milan”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Share: