“Qanun layihəsinin qəbulu maliyyə səbəbindən yubanır”

““Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin qəbulu maliyyə səbəbindən yubanır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi komitənin yaz sessiyası üçün iş planına daxil edilib: “Bu qanunun qəbulu məsələsi ilə bağlı maliyyə naziri Samir Şərifovla da danışmışam və ümid edirəm bu sessiyada qanun qəbul ediləcək”.

Zaur Mirzə


Share: