Qalibiyyət zəfərimiz İlham mənbəyimizdir!

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli” və Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan mərkəzin rəhbəri Leyla Qasımova müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixində tutduğu önəmli yerdən bəhs edib. Qeyd edilib ki, ötən əsrin 90-cı illərinin əvvəlində Heydər Əliyev dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın müqəddəratını öz üzərinə alaraq, ölkəni ağır dövrdən uğurla çıxarmış və müasir inkişafın bünövrəsini qoymuşdur. Bu gün ərazi bütövlüyü və suverenliyini tam bərqərar edən Azərbaycanın siyasi-iqtisadi inkişafının təməli məhz onun adı ilə bağlıdır.
O, həmçinin bildirib ki, sentyabr ayında hər il Azərbaycanda dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə Milli Musiqi Günü qeyd edilir. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi Azərbaycan bəstəkarının doğum günü – 18 sentyabr uzun illərdir həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda qeyd edilir və bu bayram musiqimizin və mədəniyyətimizin təbliği üçün gözəl ənənəyə çevrilib. Çıxışının sonunda Leyla Qasımova tamaşaçıları gənc pianoçu Ayan Məmmədlinin ifasını dinləməyə dəvət edib.
Artıq 4 ilə yaxındır ki, Avstriya Konservatoriyasında musiqi təhsili alan, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı. “ Qran Pri” mükafatçısı, gənc pianoçu Ayan Məmmədlinin gecədəki bir saatdan artıq çəkən möhtəşəm solo ifası, mahnılar haqqında almanca şifahi təqdimatı bütün tamaşaçıların böyük marağına səbəb olub. Avropa tamaşaçısı Ayan Məmmədlinin ifasında “Bayatı-şiraz” muğamı, “ Küçələrə su səpmişəm”, “Şuşanın dağları”, “Laçın” xalq mahnıları, Ulu öndərimizə həsr olunmuş və onun çox sevdiyi əsərlərdən Müslüm Maqomayev “ Azərbaycan”, Cahangir Cahangirov “Alagöz”, Tofiq Quliyev “ Üzüyümün qaşı firuzədəndir”, “Sənə də qalmaz”, Cövdət Hacıyev”Ballada”, Emin Sabitoğlu “ İncə bellim”, Sevil Əliyeva “Ana”, Kamal “Heydər xalqım deyəcək” kimi mahnıları hərarətlə qarşılayıblar. Tədbirin sonunda Ayan Məmmədli dünya səhnələrində hər zaman milli musiqilərimizi təbliğ etməsindən qürur duyduğunu, ilham mənbəyinin qalibiyyət zəfərimizin olduğunu bildirib. O, həmçinin bu maraqlı və möhtəşəm tədbirin təşkilatçısı olan Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımovaya və bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

image-8d6bca70-9e9c-4c6f-a805-3a2c65160f7fimage-33d2485f-89e8-4e0e-9050-b539398ae148image-132b2c9d-51bb-4864-a1ce-2db3ded6c833image-344e7599-7327-4490-8d55-37f60e1bfa50image-043087ef-258c-4e7a-959c-561f4eca5567image-7908071d-501b-43e6-8a50-1b99ec89738fimage-68707825-4163-405d-828a-619e3be907f7image-a7ac5b69-3d14-4051-b7ce-11dd3328a481image-b747d444-4631-4c21-8dd6-7835fe9ae51dimage-d39c01d3-707a-4df3-8371-0e9e8f0696a0

Share: