“Qalatasaray” “Mançester Yunayted”i məğlub etdi — ÇL-də gecənin nəticələri

Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib. 

“Qafqazinfo” xəbər verir ki, A, B, C və D qruplarında ümumilikdə 8 oyun baş tutub.

Türkiyə çempionu “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”in qonağı olub. 5 qolun vurulduğu oyun İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb.  Bu qrupun digər matçında “Bavariya” Danimarkada “Kopenhagen”i məğlub edib.

Günün mərkəzi qarşılaşması İtaliyada “Napoli” ilə Madrid “Real”ı arasında baş tutub. İspaniyalılar qarşılaşamadan 3:2 hesablı qələbə ilə ayrılıb.

“Sevilya”  Niderland səfərində 1 xal qazanıbsa, “Arsenal” Fransada “Lans”a uduzub.

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

3 oktyabr

A qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Qalatasaray” (Türkiyə) – 2:3

Heylun, 17; 67 – Zaha, 23; Akturkoğlu, 71; İkardi, 81

“Kopenhagen” – “Bavariya” (Almaniya) – 1:2

Lerager, 56 – Musiala, 67; Tel, 83

B qrupu

“Lans” (Fransa) – “Arsenal” (İngiltərə) – 2:1

Tomasson, 25, Vahi, 69 – Xesus, 14

PSV (Niderland) – “Sevilya” (İspaniya) – 2:2

Yonq, 86; Teze, 90+5 – Qudel, 68; Nesiri, 87 

 

C qrupu

“Union” (Berlin, Almaniya) – “Braqa” (Portuqaliya) – 2:3

Beker, 30; 37 – Nyakate, 41; Bruma, 51; Kaştru, 90+4

“Napoli” (İtaliya) – “Real” (İspaniya) – 2:3

Ostiqard, 19; Zielinski, 54 (pen) – Vinisius, 27; Bellingem, 34; Valverde, 78

 

D qrupu

“Zalsburq” (Avstriya) – “Real Sosyedad” (İspaniya) – 0:2

Oyarsabal, 7; Mendes, 27

“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) – 1:0

Türam, 62


Share: