Türkiyə ordusu İraqın şimalında hava əməliyyatı keçirdi

Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında həyata keçirilən hava əməliyyatında Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində 16 hədəfin məhv edildiyini açıqlayıb.

Əməliyyatın PKK və digər terror ünsürlərini zərərsizləşdirmək məqsədilə həyata keçirildiyi bildirilib.

Açıqlamaya görə, əməliyyatlarda yerli sursatlardan maksimum istifadə edilib.

Share: