Qadınlardan ibarət millimiz Maltaya qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin matçında Maltaya qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, oyunda Azərbaycan yığması rəqibini 2:0 hesabı ilə məğlub edib.

Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova vurub. Bu qələbədən sonra Azərbaycan millisi xalını 6-ya yüksəldərək Maltanı turnir cədvəlində qabaqlayıb. Hazırda qadın yığması qrupda 4-cü pillədədir.


Share: