Qadına 3 D printerdə hazırlanmış çanaq sümüyü köçürüldü – TİBDƏ ilk

Onkoloji xəstəlik səbəbindən çanağın ön divar sümüyünü itirən qadın xəstəyə Seçenov adına xəstəxanada 3 D printerdə hazırlanmış titan kontruksiyalı sumuk köçürülüb.
Medicina.az xəbər verir ki, cərrahlar briqadası tərəfindən icra olunan bu əməliyyat dünya tibbində ilkdir.
Seçenov universitetindən bildirilib ki, iri defekt 52 yaşlı qadında nəhəng şişim əməliyyatından sonra yaranıb. Düz bağırsaqda yaranmış törəmə götürülsə də, sonradan ətrafa metastaz verərək qasıq sümüyünü də əhatə edib.
Pasiyenti xilas etmək üçün son qərar bütün çanaq halqasını əhatə edən sümüyü götürmək oldu. Əvvəllər bu əməliyyatı keçirən xəstələr gəzə bilmir, yataq xəstəsi olur, əzablı ağrılardan ölürdü.
Cərrahlar belə qərara gəldi ki, koloptoktoloqlar öz işini görərək, kiçik çanaq orqanları və qasıq sümüyünü götürəcək,  travmatoloqlar isə çanaq sümüyünün rekonstruksiyası ilə məşğul olacaq.
Sümük o qədər iri idi ki, yalnız 3 D texnologiyanın tətbiqi mümkün idi.
” Biz 3 D texnologiyada yeni anatomik metod kəşf etdik – deyə professor Lıçaqin bildirir – Fərdi olaraq həmin pasiyentin anatomik sümük quruluşuna uyğun çap edilmiş titan implant sümük gələcəkdə özü uzanacaq və möhkəmdir. Əməliyyatdan sonra xəstə normaldır,qalxır, özü gəzir”
Share: