Qadın sürücü pedalları səhv salaraq ticarət mərkəzinin divarını uçurdu – VİDEO

Sankt-Peterburqda avtomobil idarə edən qadın pedalları qarışdıraraq ticarət mərkəzinin divarına çırpılıb.

Qadın maşını “Zanevski kaskad” ticarət mərkəzinin qapalı dayanacağına daxil edib, lakin o, maşını saxlaya bilməyib.

Bir anda onun avtomobili kəskin şəkildə sürətlənib və dayanacaqla geyim mağazası olan alış-veriş sahəsi arasındakı divarı uçurub.

Qəzanın günahkarı xəsarət almayıb. Obyektin divarı və asma tavanı zədələnib, kondisioner sınıb.

Ticarət mərkəzinin rəhbərliyi qadından təzminat tələb etməyi planlaşdırır.

Mənbə: 112 “Telegram” kanalı

Share: