Qadın kloun iş başında öldü – Sumqayıtda

Sumqayıtda restoranların birində məzhəkəçilik (kloun) edən qadın naməlum şəraitdə ölüb.

Müstəqil.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən restoranlardan birində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1964-cü il təvəllüdlü Məmmədova Mahinur Əhəd qızı restoranda məzhəkəçilik edərkən qəflətən dünyasını dəyişib. Ekspertiza zamanı onun içkili olduğu məlum olub.

Onun ölüm səbəbi isə hələlik məlum deyil.

Müstəqil.Az

Share: