Qadın basketbolçulardan ibarət millimizin yeni baş məşqçisi məlum oldu

Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinə yeni məşqçilər korpusu təyin olunub.

Bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, basketbol üzrə qadınlardan ibarət yığma noyabrda 2025-ci ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək. Millimizi qarşıdan gələn oyunlara yüksək səviyyədə hazırlamaq üçün federasiya tərəfindən komandaya yeni məşqçilər korpusu təyin olunub. Baş məşqçi postuna U-16 qız millimiz ilə Avropa çempionatının C Divizionunda çempionluq qazanmış türkiyəli mütəxəssis Evren Alkaya gətirilib.

Yeni nəsil qadın basketbolçularla işləməyi əla bacaran E.Alkayanın millimizdə iki köməkçisi olacaq. Birinci köməkçi məşqçi uzun illərdir ölkəmizdə yaşayan amerikalı, milli komandanın keçmiş üzvlərini daha yaxından tanıyan Skot Mollenhauerdir. İkinci köməkçi məşqçi isə U-16 qız millimizdə Evren Alkayanın assistenti olmuş Aygün Eynullayevadır.

Share: