Qablaşdırılmış meyvə şirələrinin bu təhlükələri var

Rusiyanın tibb elmləri namizədi, qastroenteroloq İrina Berejnaya qablaşdırılmış şirələrin təhlükələrindən danışıb.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, qablaşdırılmış şirələrin tərkibində insan orqanizminə əks təsir göstərən maddələr var.

“Bir stəkan alma şirəsi üçün beş alma lazımdır. Birdən beş alma yeyə bilməzsiniz. Bu, çoxlu miqdarda sadə şəkər, fruktoza deməkdir. Müvafiq olaraq, dişlərə, mədəyə təsir edir, insulinin sərbəst buraxılmasını stimullaşdırır”, – deyə İrina Berejnaya bildirib.

Həkim qeyd edib ki, qablaşdırılmış şirələrin tərkibində konservantlar, boyalar, stabilizatorlar, dadlandırıcılar – insan orqanizmi üçün aqressiv kimyəvi maddələr var.


Share: