Qəzzada öldürülən BMT əməkdaşlarının sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) 35 əməkdaşı Yaxın Şərqdə münaqişənin şiddətlənməsindən bəri həlak olub.

Məlumata görə, təşkilatın daha altı əməkdaşının öldürüldüyü təsdiqlənib, bununla da oktyabrın 7-dən bu yana öldürülən işçilərin ümumi sayı 35-ə çatıb.

“Qəzza zolağı boyunca təxminən 600 000 məcburi köçkün UNRWA-nın 150 obyektində sığınacaq tapıb. Oktyabrın 7-dən bəri ümumilikdə 40 UNRWA obyekti zədələnib”, – deyə məlumatda bildirilir.

Mənbə: TASS

Share: