Qəzzada ölən fələstinlilərin sayı açıqlandı — Yenilənib

İsrail ordusunun Qəzza zolağını atəşə tutması və İordan çayının Qərb sahilində qarşıdurma zamanı ölənlərin sayı 788 nəfərə çatıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.

Daha 4100 nəfərin isə yaralandığı bildirilir. 

***

Fələstin Səhiyyə Nazirliyi İsrail ordusunun Qəzza zolağını atəşə tutması və İordan çayının Qərb sahilində qarşıdurma zamanı ölənlərin sayının 830 nəfərə çatdığını açıqlayıb.

Yaralıların sayının isə 4250 nəfər olduğu bildirilir.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir.


Share: