Qəzaya düşən təyyarədə azərbaycanlı milyarderin də qızı olub – FOTOLAR

Bakıdan havaya qalxan və Moskvanın “Şeremetyevo” hava limanında qəzalı eniş edən biznes-jet təyyarəsində azərbaycanlı milyarder Fərhad Əhmədovun qızı Ariya Əhmədova da olub.
Müstəqil.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş adamının 3 yaşlı qızı dayəsi ilə birgə Bakıdan Moskvaya uçurmuş. Təyyarənin aeroportda qəzalı eniş etməsi Əhmədovlar ailəsini təşvişə salıb.
Qeyd edək ki, F. Əhmədov birinci xanımı ilə qalmaqallı şəkildə boşanmışdı. Maraqlıdır ki, onun ikinci evliliyi ilə bağlı nə yerli, nə də Rusiya mediasında məlumat yayımlanıb.
Digər xəbərə görə, iş adamının ikinci evliliyindən bir oğlu və bir qızı var. Əhmədov bu yaxınlarda qızı Ariyaya Bakıda təmtəraqlı ad günü mərasimi keçirib.
Share: