Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunun Bolsulu kəndində “VAZ” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub. 

FHN-dən Müstəqil.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1993-cü il təvəllüdlü İsmayılov Nicat Polad oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müstəqil.Az

Share: