“Qərbin də NATO kimi bir rəhbəri var”

“NATO-nun ABŞ tərəfindən idarə edildiyi kimi kollektiv Qərb də bir rəhbər tərəfindən idarə olunur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RT-yə müsahibəsində deyib.

“Bu kollektiv Qərbdir, amma kollektiv Qərbin rəhbərinin də öz rəhbəri var. Biz vəziyyəti bu şəkildə başa düşürük. Lakin NATO-nun rəhbəri olduğu üçün NATO həm də ABŞ tərəfindən idarə olunur”, – Kremlin sözçüsü bildirib.

O qeyd edib ki, bu, heç kimə sirr deyil.


Share: