“Qərb Ukraynadan “yorğundur””

“Qərb Ukraynadan “yorğundur”, lakin Polşa bu mövzunu canlandırmaq istəyir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.

Moravetski qeyd edib ki, o, Qərb dünyasında Polşanın şərq sərhədindən kənarda baş verənlərə marağın azaldığını görür. Ona görə də polşalılar Ukrayna və “Rusiyaya qarşı mübarizənin nə qədər vacib olduğu” haqda müzakirələri canlandırmalıdırlar.


Share: