“Qərb ölkəmizə qarşı “hibrid müharibə”yə başlayıb”

“Düşmənlər Rusiya iqtisadiyyatını məhv etmək, daxili siyasi sabitliyi pozmaq, bizi döyüş meydanında məğlub etmək, nəticədə əsrlik dövlətimizi əhəmiyyətli dərəcədə zəiflətmək, hətta məhv etmək məqsədi güdürlər”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Patriarxlığının təşkilatçılığı ilə paytaxt Moskvada keçirilən Dünya Rus Xalqları Assambleyasının 24-cü toplantısına göndərdiyi video müraciətində bildirib.

Lavrov Qərbin Rusiyaya qarşı “hibrid müharibə” başlatdığını qeyd edib.

“Vaşinqton və onun NATO müttəfiqləri Ukraynadakı neonazilərə silah tədarükünü artırır, kəşfiyyat məlumatlarını paylaşır, Ukraynaya xarici muzdlular göndərir. Bütün bunlar onları məsələnin tərəfinə çevirir”, – nazir əlavə edib.


Share: