Qəni Camalzadə “Qızıl xotuq” və “Karxana” romanları ilə Amerikada

Tanınmış yazıçı Qəni Camalzadənin iki kitabı Amerikada dərc olunub. Nadir Ağasıyevin trcüməsində Amerikada iki kitabı işıq üzü görüb.

Bu haqda Müstəqil.Az yazıçının özündən məlumat alıb.

2018-ci ildə Nyu-York şəhərinin LULU nəşriyyatında Nadir Ağasıyevin təcüməsində yazıçının “Qızıl xotuq” romanı  rus dilində  kitab halında dərc olunub.

Bu il isə  nəşriyyat Qəni Camalzadənin Kamran Nəzərlinin ingilis dilinə tərcümə etdiyi   “Karxana” romanını nəşr edərək oxucuların ixtiyarına verib. Kitab qısa zamanda oxucuların rəğbətini qazana bilib.

Qeyd etmək yerinə düşər ki, hər iki kitab Nyu-York ədəbiyyat klubunun prezidenti Zinoviy Korovinin dəstəyi ilə işıq üzü görüb.

Yazıçımız da həmin klubun üzvüdür.

Müstəqil.Az

Share: