Qəhrəman Tərtərdə Milli Qurtuluş Günü qeyd olunub…

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli liderə həsr olunmuş filmə baxıblar.
Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında bildirib ki, bu gün xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür.1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. O, vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova 15 İyun – Milli Qurtuluş Gününün tarixindən, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən işlərdən və onun siyasi kursunun bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Ordumuzun qazandığı tarixi Qələbənin əhəmiyyətindən danışıb.
Sonra rayon rəhbəri tərəfindən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş 2-ci qrup Vətən Müharibəsi qazisi İsmayıllı Kamal Adil oğlunun medalları özünə təqdim edildi.

Sonra Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlardan olan incəsənət xadimləri, Azərbaycan Respublikasının Əməkdar Artisti Aybəniz Haşımova və onun Sənət Akademiyasının tələbələrinin, Aşıq Mübariz Camaloğlunun, Vətən Müharibəsi Şəhidi Aysənan Abbasovun qızı Banu Abbasovanın çıxışları iştirakçılar tərəfindən maraqla dinlənilib.

Müstəqil.az

Share: