Qəbələdə maşın 59 yaşlı qadını vurub öldürdü

Qəbələdə avtomobil 59 yaşlı qadını vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün Qəbələ şəhər ərazisində baş verib.

Belə ki, şəhər sakini Əliyəddin Həmzə oğlu Zeynalov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən 1963-cü il təvəllüdlü Telli Hacıbala qızı Eyvazovanı vurub.

Nəticədə 59 yaşlı qadın aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov


Share: