Pxenyan bilir: Kim Çen komadan ayılmayacaq – Ekspert

Şimali Koreya lideri Kim Çen İnin öldüyünə inanıram.

Nüstəqil.Az xəbər verir ki, bunu koreyalı siyasi ekspert Yanq Sunq Min “Kuki Nyus”a açıqlamasında bildirib.

“Kim Çenin səhhəti ilə bağlı problem çox ciddidir. Şimali Koreya rəhbərliyi artıq onun sağalmasının mümkün olmayacağına qərar verib”, – Min söyləyib.

Qeyd edək ki, bir neçə gün öncə Şimali Koreyanın rəsmi xəbər agentliyi Tvitterdə ölkə rəhbərinin keçirdiyi əməliyyatdan sonra komada olduğunu açıqlayıb.

Çin mediası isə Kim Çenin öldüyü xəbərlərini yayıb.

Nüstəqil.Az 

Share: