Putinlə Zelenski danışdı: Razılığa gəldilər…

Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Müstəqil.Az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Tərəflərin ötən gün baş tutan məhbusların mübadiləsi məsələsini müzakirə etdiyi və dialoqu davam etdirməklə bağlı razılığa gəldikləri bildirilib.

Məlumatda, həmçinin, Putinin Zelenskiyə Minsk razılaşmalarının tətbiqi üçün Normandiya formatının yaxşı hazırlanması gərəkdiyini söylədiyi qeyd edilib.

Büllurə Y.

Share: