Putinlə Cinpinin 6 saatlıq görüşü başa çatdı — Yenilənib

17:44

Moskvada səfərdə olan Çin sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Kremlə gəlib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Cinpinin rəsmi qarşılanma mərasimindən sonra liderlər arasında görüş başlayıb. 

Danışıqlar bağlı qapılar arxasında aparılır.

Xatırladaq ki, martın 20-si Kremldə Cinpin və Putin arasında qeyri-rəsmi görüş keçirilib. Sözügedən görüş 5 saata yaxın davam edib.

23:12

Kremldə Putinlə Cinpin arasında keçirilən görüş başa çatıb.

Danışıqlar təqribən 6 saat davam edib. Bu müddət ərzində tərəflər həm məhdud, həm də geniş tərkibdə heyətlərlə görüşlər keçiriblər.


Share: