Putinlə Ərdoğan arasında telefon söhbəti

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

“Report”un məlumatına görə, telefon danışığı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında müzakirələr zamanı Qüdslə bağlı qətnamə layihəsini dəstəklədiyinə görə Rusiyaya minnətdarlığını bildirib.

Telefon danışığı zamanı BMT Baş Assambleyasında ABŞ-ın Qüdslə bağlı qərarının hüquqi qüvvəyə minməməsindən məmnunluq ifadə edilib.

Müstəqil.Az

Share: