“Putinin taktiki nüvə silahı ilə bağlı açıqlaması qorxduğunu göstərir”

“Belarusda taktiki nüvə silahları ilə bağlı bəyanat verərkən Putin qorxduğunu, uduzduğunu və ancaq taktika ilə qorxutmaq məcburiyyətində olduğunu etiraf edir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak bildirib.

Podolyak həmçinin əlavə edib ki, bundan başqa, Rusiya lideri öz hərəkətləri ilə Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozur.


Share: