Putinin “qara qutusu”ndan türklərə şok xəbərdarlıq: “B planı hazırlayın”

Türkiyədə 15 iyul çevrilişinə cəhddən bir gün öncə “orduda hərəkətlilik var” deyə xəbərdarlıq edən və “Putinin qara qutusu” kimi tanınan rus ideoloq Aleksandr Duqin “Habertürk”ə müsahibəsində Türkiyəyə ABŞ-la bağlı çağırışlar edib.

 

Müstəqil.Az  Teleqraf.com-un məlumatına istinadən, A.Duqin müsahibədə Vladimir Putini Türkiyə ilə münasibətlərin yaxşılaşmasının vacibliyinə inandıran şəxslərdən biri olduğunu vurğulayıb:

 

“Bəli, yardımlarım oldu. Çünki müharibə həddinə gəlmişdik. Amma prezidentimizi inandırmağa gərək yoxdur. O, rasional və realist bir insandır. Əgər bəzi mövzularda dəlillər varsa, dəyərləndirir”.

 

Çevrilişçilərin uğursuz olmalarının səbəblərini açıqlayan A.Duqin onların Türkiyə ordusuna xəfif yanaşdıqlarını vurğulayıb:

“”Ergenekon” və “Balyoz”dan sonra orduda Ərdoğanı dəstəkləyəcək kiminsə qalmadığını düşündülər. Fəqət ordudakı Atatürkçülər Ərdoğanı dəstəklədi. Bundan başqa Mərkəzi Kəşfiyyat İdarəsi həmin gecə Rusiya və Türkiyə arasındakı əlaqə kanallarını kəsməyə çalışdı”.

Müxbirin “nə etdilər” sualına cavab olaraq Duqin deyib:

“Putinin Türkiyə əleyhinə mövqe tutmasına inandırmağa çalışdılar. Ərdoğandan başqa bir liderin daha yaxşı olacağını, vətəndaş müharibəsi başlayacağını və Rusiyanın bu müharibəni öz xeyrinə istifadə edə biləcəyini söylədilər. MKİ Putinin ətrafındakı təsirli adamları təşkilatlandırdı. Fəqət Putini inandırmaq mümkün olnmadı. Çünki bu, Türkiyənin sonu demək idi. Daha öncə söylədiyim kimi, kürdlər çevrilişdən sonra üsyan etmək hazırlığını görmüşdülər”.

Bundan sonra çevriliş cəhdinin mümkün olub-olmadığına dair sualı cavablandıran Duqin belə bir ehtimalın olnmadığını vurğulayıb:

“Məncə olmaz. Başqa yollardan istifadə edəcəklər. Çünki hələ də yüksək mövqelərdə MKİ-yə bağlı insanlar var, amma onların təşkilatlanması asan deyil”.

A.Duqin ABŞ-ın zəif nöqtələrdən istifadə etməyə çalışacağını deyib:

“Çoxsaylı faktorları bir araya gətirən strategiya həyata keçirəcəklərini düşünürəm. Məsələn, etnik qarşıdurma, iqtisadi-sosial təhdidlər, siyasi və hərbi elita içərisində Ərdoğana qarşı rahatsızlıq yaratmaq. Amerikalılar bütün zəif nöqtələrdən istifadə etməyə çalışacaqlar”.

Rusiyalı ideoloq “Rza Zərrabla bağlı məhkəmə işini bu çərçivədə dəyərləndirə bilərikmi” sualına cavab olaraq deyib:

“Birmənalı olaraq bütün iqtisadi rıçaqlardan istifadə edəcəklər. Sürəkli həmlə və hücum altında olacaqsız. İrana, Rusiyaya sanksiyalar tətbiq olunur. Tamamilə əminəm ki, Türkiyəyə də sankisiyalar tətbiq edəcəklər. İqtisadiyyatınızı qurtarmaq üçün B planı hazırlamalısınız”.


Müstəqil.Az

Share: