Putin xarici işlər nazirinin müavinini vəzifəsindən uzaqlaşdırdı

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Terrorla mübarizə məsələləri üzrə rəis müavini Oleq Sıromolotovu vəzifəsindən azad edib.

Müvafiq fərman hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Sənəddə deyilir ki, fərman imzalandığı gündən – mayın 19-dan qüvvəyə minir. Oleq Sıromolotovun işdən uzaqlaşdırılmasının səbəbləri açıqlanmayıb. Həmçinin xarici işlər nazirinin müavini postunu kimin tutacağı barədə də məlumat verilməyib.

Qeyd edək ki, Oleq Sıromolotov 2015-ci ilin martında Rusiya Xarici İşlər Nazirliyinin Terrorizmlə mübarizə məsələləri üzrə rəhbərinin müavini təyin edilib. Bundan əvvəl o, 2004-2015-ci illərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatına rəhbərlik edib.

Mənbə: Lenta.ru

Share: