“Putin Ukraynanı məhv etməyə çalışır, çünki onu işğal edə bilmir” — Aİ rəsmisi

“Rusiya Prezidenti Vladimir Putin Ukraynanı işğal edə bilməz və buna görə də onu sistemli şəkildə məhv etməyə çalışır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell deyib.

Onun sözlərinə görə, Putin rus ordusunun uğursuzluqlarına görə dinc ukraynalılara hücum edir:

“Putinin Rusiyası Ukraynanı məhv edir. Lakin Ukraynanı işğal edə bilmirlər, döyüş meydanında və  müharibədə qalib gələ bilmirlər”.


Share: