Putin Türkiyə görüşünü müsbət qiymətləndirdi

Rusiya Prezidenti Vladimir Putin Moskvada BMT Baş katibi Antonio Quterreşi qəbul edib.

Müstəqil.Az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Fərhan Haq deyib.

***

Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir.

Bunu Rusiya Prezidenti Vladimir Putin BMT baş katibi Antonio Quterreşlə Moskvada keçirdiyi görüşdə deyib.

Putin bildirib ki, ölkəsi Ukrayna ilə bağlı diplomatik yolda razılıq əldə etməyi gözləyir.

V.Putin, həmçinin Rusiya-Ukrayna nümayəndə heyətlərinin Türkiyədə keçirilən görüşünü müsbət qiymətləndirib.

BMT baş katibi öz növbəsində bildirib ki, bu müharibə Ukrayna ərazisinə təcavüz hesab edilir.

Quterreş qeyd edib ki, Rusiyanın Ukrayna ilə bağlı bəzi məsələlərdə ziddiyyətləri var, lakin onlar BMT Nizamnaməsi çərçivəsində həll edilməlidir.

Müstəqil.Az

Share: