Putin Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağda vəziyyəti müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasında daimi üzvlərlə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.

“Bizim sərhədlərimizin lap yaxınlığında baş verənləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəyik”, – deyə V. Putin qeyd edib.

Share: