Putin liderlərlə ikitərəfli görüş keçirəcək

“Bu gün Rusiya Prezidenti Vladimir Putin ilk olaraq Azərbaycan və Ermənistan liderləri ilə ayrılıqda ikitərəfli görüş keçirəcək”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, ikitərəfli görüşlərdən sonra üçtərəfli danışıqlar baş tutacaq. 

Peskov, həmçinin bildirib ki, Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak edəcək.


Share: