Putin İsrail-Fələstin münaqişəsindən danışdı

Rusiya Prezidenti Vladimir Putin İsrail-Fələstin münaqişəsinin kəskin şəkildə artmasının səbəbini ABŞ-nin Yaxın Şərqdəki siyasətinin uğursuzluğu ilə əlaqələndirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Putin məsələ ilə bağlı fikirlərini bildirib.

“İsrail-Fələstin münaqişəsi ABŞ-nin Yaxın Şərq siyasətinin uğursuzluğunun canlı nümunəsidir”, – deyə Putin bildirib.

Qeyd edək ki, Kreml bundan əvvəl hər iki tərəflə təmasda olduğunu və aralarındakı mübahisənin həllində rol oynamağa çalışacaqlarını bəyan etmişdi.


Share: