“Putin Ermənistan və Türkiyəni barışdırmaq istəyir” – Erməni politoloq

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinə söz verdi ki, Suriya ilə bağlı humanitar layihələrdə iştirak edəcək.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni politoloq Armen Qukasyan deyib.

Onun sözlərinə görə, Ermənistanın Suriyaya hərbi birliklər göndərəcəyini Paşinyan da dolayı yolla istisna etməyib:

“Paşinyanın addımı Suriyada yaşayan ermənilərin və Rusiya baxımından Ermənistanın təhlükəsizlik maraqlarına cavab versə də, bu, NATO və Qərbin xoşuna gəlməyəcək. Hesab edirəm ki, Paşinyan hökuməti bu addımı atsa, Rusiyadan Ermənistana ünvanlanmış təhlükənin qarşısı alınacaq.

Putinin bu missiyası digər yandan da maraqlıdır, çünki Ermənistan əslində, Türkiyənin də iştirak etdiyi prosesə cəlb olunacaq. Rusiya çalışacaq ki, Ermənistan-Türkiyə əməkdaşlığı Suriyadan başlasın, burada barışsınlar”.

Share: