“Putin bizim hamımız üçün düşməndir.” -Saakaşvili…

Putin bizim hamımız üçün düşməndir.

Müstəqil.az xəbər verir ki, bunu “Gordonua.com”a müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. Jurnalistin Putin yoxsa Poroşenkonun onun ən böyük düşməni olması sualına Saakaşvili birinci deyə cavab verib:

“Birmənalı şəkildə Putin hamımız üçün düşməndir, Poroşenko isə böyük problemdir. İvanişvili Gürcüstanı məhv etdiyi kimi, o da Ukraynanı öldürür. Müəyyən mənada Putini belə rəhbərlər qane edir. Ona görə ki, onlar bizim ölkələri məhv edirlər. Niyə Putin Ukraynaya genişmiqyaslı hücum təşkil etmir? Halbuki, o bunu rahat şəkildə edə bilərdi. Birinci növbədə o, “beynəlxalq qiymət”dən qorxur, ikincisi isə o, Ukraynanın öz-özünə dağılacağını düşünür” – deyə o bildirib.

MüstəqiL.az

Share: