Putin: Bizi uşaq kimi aldatdılar

“NATO-nun şərqə doğru hərbi fəaliyyətini genişləndirməsi narahatlıq doğurur”.

Metbuat.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, Rusiyanın hərbi təlimlərindən sonra NATO-nun müdafiə xarakterli məşqlər keçirməsi açıqlaması həqiqətə uyğun deyil:

“Belə müdafiə olur? Qorbaçovdan soruşa bilərsiz SSRİ dönəmində şifahi də olsa NATO şərqə genişlənməyəcəyi barədə söz vermişdi. Harada qaldı bu vədlər?”

Jurnalistin “Genişlənməyəcəyinə dair vədlər harada yazılıb?” sualına isə Putin “Afərin sizə! Haqlısız, bizi uşaq kimi aldatdılar. Hər şeyi rəsmiləşdirmək lazımdır” deyə cavab verib.

 

Müstəqil.AZ

Share: